Kriminal

Səhər saatlarında Tovuzda dəhşətli hadisə: Su kanalında iki meyit tapıldı

Səhər saatlarında Tovuzda dəhşətli hadisə: Su kanalında iki meyit tapıldı

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında iki kişi meyiti aşkar edilib.

Demokrat.az "Report"a istinadla xəbər verir ki, meyitlərdən biri VAZ-2107 markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan meyit avtomobildən çıxarılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar, hadisənin baş vermə səbəbi araşdırılır.

Demokrat.az

D
demokrat.az