Sosial

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.

Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb.Bayramov Atilla-Turan Nuru oğluhəmin şöbənin müdiri təyin edilib.

Müraciətlərlə iş departamenti isə İnzibati idarəetmə departamenti ilə birləşdirilib.Hüseynov İlham Həqiqət oğluMüraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən çıxarılıb. İnzibati idarəetmə və müraciətlərlə iş departamenti rəhbəri isə Bayramov Elvin Fikrət oğludur.

Eyni zamanda, Təlim və tədqiqatlar departamentinin rəhbəriMirzəbəyli Teymur Adışirin oğluvəzifəsindən azad edilib. Onun yerinəƏfəndiyeva Elza Rafiq qızıadıçəkilən departamentin rəhbəri təyin olunub.

Atilla-Turan Bayramov

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı

Elza Əfəndiyeva

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı

D
demokrat.az