Şou-biznes Özəl

Brus Uillis illər sonra görüntüləndi — Qızının toyunda son halı diqqət çəkdi (FOTO)

Brus Uillis illər sonra görüntüləndi — Qızının toyunda son halı diqqət çəkdi (FOTO)

Hollivud ulduzu Brus Uillis uzun müddətdən sonra qızının toyunda görüntülənib. Aktyorun son fotoları pərəstişkarlarını duyğulandırıb.

Demokrat.az xəbər verir ki, 71 yaşlı aktyor qızı Tallulah Uillis və musiqiçi Castin Akeenin avqustun 8-də ABŞ-ın Aydaho ştatında keçirilən toy mərasimində iştirak edib. Ailə arasında keçirilən mərasimdə Brus Uillis qızı ilə birlikdə kameralara poz verib.

"Vogue" tərəfindən yayımlanan qara-ağ fotoda aktyorun gülümsəyərək qızının yanında dayandığı görünür. Tallulah atasına söykənib, həyat yoldaşı Castin Akee isə Brus Uillisin əlindən tutub. Görüntü sosial şəbəkələrdə böyük maraq doğurub.

Brus Uillis son illərdə səhhəti ilə əlaqədar ictimaiyyət qarşısında nadir hallarda görünür. Aktyora 2022-ci ildə afaziya, 2023-cü ildə isə frontotemporal demensiya diaqnozu qoyulub. Bu səbəbdən onun qızının toyunda görünməsi pərəstişkarları üçün xüsusi məna daşıyıb.

Tallulah Uillis 32 yaşındadır. O, Brus Uillis və Demi Murun üç qızından ən kiçiyidir. Toyda Demi Mur və Tallulahın bacıları Rumer və Skout da iştirak ediblər.

Brus Uillis illər sonra görüntüləndi — Qızının toyunda son halı diqqət çəkdi (FOTO)

Jalə Demokrat.az

D
demokrat.az