Hərbi

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna “general-leytenant”ali hərbi rütbəsi verilib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, general-leytenant olan zabitlərdən 1987-ci il təvəllüdlüBabək Mürsəl oğlu Ələkbərov2023-cü ildən Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O həm də Vətən Müharibəsi Qəhrəmanıdır.

“General-leytenant” ali hərbi rütbəsi verilənAqşin Ramiz oğlu Məhərrəmovisə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanıdır.

General-leytenant olanFaiq Həmzəağa oğluMəmmədova gəlincə, o, bu ilin aprelində Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri təyin edilib. Daha əvvəl DSX-də Baş idarə rəisi, DSX Akademiyasının rəis əvəzi kimi önəmli vəzifələrdə də çalışıb.

Qeyd edək ki, dövlət başçısının Sərəncamı ilə DSX-nin polkovniki Elfan Şakir oğlu Quliyevə də ali hərbi rütbə verilib. O, bu gündən “general-mayor”ali hərbi rütbəsini daşıyacaq.

Fotoda Babək Ələkbərov

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

Fotoda Aqşin Məhərrəmov

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

Fotoda Faiq Məmmədov

“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

D
demokrat.az