Region Özəl

Erhan Çelikin boşanma mərhələsində olduğu həyat yoldaşı vəfat etdi

Erhan Çelikin boşanma mərhələsində olduğu həyat yoldaşı vəfat etdi

Türkiyəli xəbər aparıcısıErhan Çelikinboşanma prosesində olduğu həyat yoldaşı, 48 yaşlıOp. Dr. Özlem Gültekinvəfat edib.

Gültekinin ölüm xəbəri onun sahibi olduğu klinikanın sosial media hesabında paylaşılıb. Açıqlamada uzun illər ərzində çox sayda qadın və ananın həyatına toxunan həkimin vəfatından duyulan kədər ifadə olunub.

Erhan Çelik və Özlem Gültekin2019-cu ildə ailə qurublar. CütlüyünAli Boranadlı oğlu 2020-ci ildə dünyaya gəlib. Bir müddət əvvəl aralarında fikir ayrılıqları yarandığı bildirilən cütlüyün qarşılıqlı şəkildə boşanma davası açdığı və məhkəmə prosesinin davam etdiyi qeyd olunurdu.

Gültekinin vəfatı ilə bağlı verilən məlumata görə, onun cənazəsi14 avqust, cümə günü, ikindi namazından sonra Karşıyaka Bostanlı Beşikçioğlu məscidindənyola salınacaq. O,Örnekköy qəbiristanlığındadəfn ediləcək.

Həkiminölüm səbəbi hələlik açıqlanmayıb. Erhan Çelik də hadisə ilə bağlı indiyədək hər hansı açıqlama verməyib.

Leyla Demokrat.az

D
demokrat.az