Cəmiyyət

Kür çayında batan şəxs axtarılır — VİDEO

Kür çayında batan şəxs axtarılır — VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Demokrat.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

D
demokrat.az