Yüksək temperatur yalnız halsızlıq və narahatlıq yaratmır. Həddindən artıq isti hava beyin funksiyalarına da mənfi təsir göstərərək ciddi, hətta qalıcı nevroloji fəsadlara səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, professor doktorBelma Doğan Güngenbildirib ki, uzun müddət yüksək temperaturun təsiri altında qalmaq orqanizmdə maye və elektrolit balansının pozulmasına səbəb olur. İsti vurması baş verdikdə isə vəziyyət daha da ağırlaşa bilər.
İsti havada beyin daha çox yüklənir
Orqanizm isti havalarda bədən temperaturunu aşağı salmaq üçün damarları genişləndirir və tərləməni artırır. Bu zaman maye və elektrolit itkisi baş verir. Beyin isə bədən temperaturunu normal səviyyədə saxlamaq üçün daha çox işləməli olur.
Prof. Dr. Güngenin sözlərinə görə, bədən temperaturuna nəzarət itirildikdə sinir hüceyrələri stressə məruz qala bilər. Nəticədəbaşgicəllənmə, halsızlıq, şüur bulanıqlığı və huşun itirilməsikimi əlamətlər meydana çıxa bilər. İsti vurması təhlükəlidir
İsti vurması təcili tibbi müdaxilə tələb edən ciddi vəziyyətdir. Bədən temperaturunun təhlükəli həddə yüksəlməsi beynin fəaliyyətini poza bilər.
Ağır hallardabeyin ödemi, huş itkisi, koma və qalıcı nevroloji zədələnmələryarana bilər. Buna görə də şüur bulanıqlığı, huşun itirilməsi, çox yüksək temperatur və ya davranış dəyişiklikləri müşahidə edildikdə dərhal tibbi yardım alınmalıdır.
İsti hava diqqət və yaddaşa da təsir edir
Mütəxəssis qeyd edib ki, yüksək temperatur yalnız ağır sağlamlıq problemlərinə səbəb olmur, gündəlik zehni fəaliyyətə də təsir göstərə bilər. İsti havalardadiqqət, yaddaş və qavrama qabiliyyətində zəifləmə, həmçinin həddindən artıq yorğunluq, narahatlıq, əsəbilik və diqqəti cəmləməkdə çətinlik yarana bilər.
Leyla Demokrat.az


