"Azərbaycan İrana marşrutla bağlı məsələlərin həllində kömək etdi və zəruri dəstəyi göstərdi"
Demokrat.az xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkiyan öz rəsmi saytındaqələmə aldığı məqaləsində deyib.
Hökumətin iqtisadi diplomatiya və ticarət marşrutlarının genişləndirilməsi ilə bağlı yanaşmasını açıqlayan Pezeşkian vurğulayıb ki, hökumət regional dövlətlərlə iqtisadi əlaqələrin inkişafını həyata keçirir və Avrasiya İqtisadi İttifaqı, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və İƏT (ECO) kimi beynəlxalq mexanizmlərin potensialından istifadə edir; həmçinin bu sahədə əhəmiyyətli tədbirlər görülüb və irəliləyiş əldə olunub.
"Qonşu ölkələrlə münasibətlərimiz yaxşılaşır. Mövcud problemlərə rəğmən, region ölkələri ilə əlaqələrimiz yaxşılaşır."", - deyə İran prezidenti sözlərinə davam edib.
Bu çətinliklərə baxmayaraq, Pezeşkian İran İslam Respublikasının region ölkələri ilə münasibətlərinin inkişaf dinamikasını müsbət qiymətləndirib.
Müharibə şəraitində qonşu ölkələrlə əməkdaşlığa diqqət çəkən Prezident qeyd edib ki, Pakistan hazırda səmimi şəkildə İranla əməkdaşlıq edir.
"Əfqanıstan da çox yaxşı əməkdaşlıq nümunəsi göstərir. Türkmənistanla əməkdaşlıq səviyyəsi də yüksəkdir, Rusiya və İraq da bizə səmərəli dəstək veriblər. Azərbaycanla bağlı isə müəyyən siyasi məsələlərə baxmayaraq, dialoq və qarşılıqlı əlaqələr uğurla davam edir"
Blokada və müharibə səbəbindən yaranan məhdudiyyətlərin təsirinin yumşaldılmasında regional diplomatiyanın rolunu vurğulayan Pezeşkian daha sonra yazıb:
"Əgər regional diplomatiyadakı bu tendensiya mövcud olmasaydı, ölkənin hazırda malik olduğu təchizat və resursların haradan əldə ediləcəyi sual doğurardı."
Düşmənin sərhədlər boyu sabitliyi pozmaq cəhdlərinə diqqət çəkən İran dövlət başçısı deyib ki, qonşu ölkələr bu planı pozublar.
"Şimal-qərb və cənub-şərq bölgələrini hədəf alan həmin plan sərhəd məntəqələrimizə hücum etməyi və ölkəyə qüvvələr yeritməyi nəzərdə tuturdu; lakin bu, baş vermədi. Bu hərəkətlərin bəzilərinə biz cavab verdik, eyni zamanda qonşu ölkələr də öz ərazilərindən İrana daxil olaraq xaos yaratmaq istəyənlərə qarşı qətiyyətli mövqe nümayiş etdirdilər. Əfqanıstan və Pakistan hökumətləri arasında xarici ünsürlərin İran ərazisinə daxil olmasının qarşısı birgə fəaliyyət nəticəsində alınıb. Hər iki ölkə vəziyyəti idarə etmək üçün qruplar səfərbər edib və öz ərazilərindən İrana keçərək ölkə daxilində xaos yaratmağa heç kimə icazə verməyiblər", - deyə Pezeşkian .
Alparslan Demokrat.az


