Hadisə

Seçicilər Əli Həsənovun "trol"unu fitə basdılar — VİDEO

Seçicilər Əli Həsənovun trolunu fitə basdılar — VİDEO

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri 110 saylı Zaqatala dairə seçki komissiyasından deputatlığa namizəd Elşən Musayev seçicilərlə keçirdiyi görüşdə etirazla qarşılanıb.

Demokrat.az “Yeni Sabah”a istinadla xəbər verir ki, zaqatalalılar çıxış edərək 4 il müddətində heç bir problemi həll etmədiyini və əhali ilə görüşlərə gəlmədiyini bildirərək Elşən Musayevi tənqid ediblər. Seçicilər E.Musayevin onların problemlərinə biganə qaldığını dilə gətiriblər.

Seçicilərin kəskin etirazı ilə qarşılaşan namizəd görüşü yarımçıq qoyub zalı tərk etməli olub. Bu zaman zaldakılar onu fitə basıblar.

Həmin görüntüləri təqdim edirik:

Demokrat.azbildirir ki,Elşən Musayev 2015-ci ildən110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisin deputatıdır. O, uzun illər Prezidentin sabiq köməkçisi Əli Həsənovun "trol şəbəkəsi"nin əsas üzvlərindən biri olub. Əsasən, Əli Həsənovun tapşırıqları ilə idarə olunan Musayev, onun himayədarlığı altında fəaliyyət göstərib.

​Demokrat.az

D
demokrat.az