Sosial

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. 1-ci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Demokrat.az

D
demokrat.az