Türkiyəli pop müğənnisi Demet Akalının filtr və rəqəmsal düzəliş olmadan çəkildiyi iddia edilən görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.
Bir dövr gözəlliyi, mahnıları və səhnə çıxışları ilə böyük məşhurluq qazanan sənətçinin təbii görüntüləri qısa zamanda yayılıb. Paylaşımın altında istifadəçilər müxtəlif fikirlər səsləndiriblər.
Bəzi sosial media istifadəçiləri Akalının təbii görünüşünü dəstəkləyərək yaşın hər kəs üçün keçərli olduğunu vurğulayıb. Digərləri isə illərin dəyişikliklərini qeyd edən şərhlər yazıb.
Paylaşımın altında ən çox diqqət çəkən rəylər arasında “Gəncliyin də çox gözəl idi”, “Zaman kimə aman verib ki?” və “Bu qədər imkanın var, özünə daha çox baxa bilərsən” kimi ifadələr yer alıb.
Görüntülər sosial şəbəkələrdə müzakirə olunmağa davam edir. 



