Dünya Özəl

15 ildən sonra Yeni Zelandiyanın paytaxtına qar yağdı, rekord soyuqlar gözlənilir

15 ildən sonra Yeni Zelandiyanın paytaxtına qar yağdı, rekord soyuqlar gözlənilir

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda son 15 ildə ilk dəfə qar yağıb. Buna səbəb Antarktidadan ölkəyə daxil olan güclü soyuq hava kütləsi olub.

Demokrat.az xəbər verir ki, meteoroloqların məlumatına görə, avqustun 4-dən etibarən təsirini göstərən soyuq hava dalğası ölkənin bir çox bölgəsində şaxta, qar, dolu və güclü küləklə müşayiət olunub. Avqustun 5-i səhər Cənub adasındakı üç yaşayış məntəqəsində havanın temperaturu -9 dərəcəyədək enib.

"MetService" meteoroloji xidməti bildirib ki, gün ərzində temperaturun qismən yüksəlməsi gözlənsə də, gecə saatlarında yenidən kəskin soyuma baş verəcək. Proqnozlara əsasən, avqustun 6-sı səhər ölkənin bəzi bölgələrində bu ilin ən aşağı temperaturu qeydə alına bilər.

Soyuq hava elektrik enerjisinə tələbatı da artırıb. Milli enerji sistemi operatoru "Transpower" avqustun 5-i səhər pik saatlarda elektrik istehlakının rekord həddə çatdığını açıqlayıb. Şirkət avqustun 6-sı səhər bəzi ərazilərdə enerji çatışmazlığı yarana biləcəyi barədə xəbərdarlıq edib.

Jalə Demokrat.az

D
demokrat.az