Avto Özəl

F seriyasının ən dözümlü mühərriki bəlli oldu

F seriyasının ən dözümlü mühərriki bəlli oldu

BMW-nin F seriyası modellərində dözümlülük və etibarlılıq baxımından ən uğurlu mühərrik N55 hesab olunur. Altı silindrli bu mühərrik həm resursunun zənginliyi, həm də mexaniki möhkəmliyi ilə seçilir.

Dördsilindrli variantlar arasında isə N20 mühərrikinin yenilənmiş versiyaları və N26 aqreqatı fərqlənir. Bu mühərriklərdə zəncir sisteminin yenilənməsindən sonra resurs göstəricisi əhəmiyyətli dərəcədə artıb.

Dizel tərəfində isə N47-dən sonra təqdim edilən B47 mühərriki ən dözümlü variantlardan sayılır. Yanacaq sisteminin dayanıqlığı və zəncir mexanizminin təkmilləşdirilməsi bu aqreqatı uzunömürlü edir.

Beləliklə, F seriyasında uzunmüddətli istismar üçün ən dözümlü və problemsiz seçim N55 benzin və B47 dizel mühərrikləridir.

Demokrat.az

D
demokrat.az