Maraqlı

Rubinyanı Türkiyədə kabab yeməyə dəvət etdi

Rubinyanı Türkiyədə kabab yeməyə dəvət etdi

Türkiyəli məşhur kababçı Uğur Aydın Ermənistan parlamentinin yeni sədri Ruben Rubinyanı Adanaya qonaq çağırıb. Adanalı usta erməni siyasətçiyə öz əlləri ilə hazırladığı məşhur Adana kababını təklif edib.

Bu dəvətə erməni siyasətçinin parlamentdəki çıxışı səbəb olub. Rubinyan çıxışında Türkiyə mətbəxini çox sevdiyini bildirib. O, xüsusilə Adana və İsgəndər kabablarını bəyəndiyini diqqətə çatdırıb.

Türkiyəli aşpaz erməni siyasətçinin bu sözlərinə dərhal reaksiya verib. Uğur Aydın Rubinyanı Adanada süfrə arxasında görməkdən şad olacağını vurğulayıb. Məşhur usta ortaq süfrənin sülhə töhfə verəcəyini qeyd edib. Aşpazın fikrincə, insanlar birlikdə kabab yesələr, bütün problemlər həll olunar və sülh bərqərar edilər.

Ruben Rubinyan avqustun 3-də Ermənistan parlamentinin sədri seçilib. O, hakim partyanın namizədi kimi bu posta gətirilib. Rubinyan həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə missiyasını yerinə yetirir.

Demokrat.az

D
demokrat.az