Kriminal Özəl

Arvadını süpürgə ilə döyən ərin cəzası bəlli oldu

Arvadını süpürgə ilə döyən ərin cəzası bəlli oldu

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaranan narazılıq cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Şakir həyat yoldaşı Təhminə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Buna səbəb qadının əri ilə kobud danışması olub. Aralarında yaranmış mübahisə zamanı Şakir qəsdən əli və süpürgə ilə arvadının bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Şakirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığı müəyyən edilib.

Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az