Numerologiyada bəzi doğum tarixlərinin pul və biznes sahəsində güclü enerji daşıdığı hesab edilir.
Demokrat.az xəbər verir ki, "Times of India" nəşrinin yazdığına görə, bu tarixlərdə doğulan insanlar öz bizneslərini qurduqları və ideyalarını reallaşdırdıqları halda böyük maliyyə uğurları əldə edə bilərlər.
1, 10, 19 və 28-də doğulanlar
Bu tarixlərdə doğulan insanların çoxsaylı qaydalara tabe işləməyi sevmədiyi bildirilir. Onlar müstəqil qərarlar verməyə və məsuliyyət daşımağa meyilli olurlar. Numerologiyaya görə, siyasət, brendinq, menecment, konsaltinq və startaplar kimi sahələrdə uğur qazana bilərlər.
4, 13, 22 və 31-də doğulanlar
İddia olunur ki, bu insanlar qeyri-adi biznes ideyaları ilə seçilir və fərqli düşüncə tərzinə malik olurlar.
Onlar üçün texnologiya, rəqəmsal marketinq, media, sosial şəbəkələr, xarici ticarət, onlayn biznes, startaplar, elmi tədqiqat və innovasiya sahələri perspektivli hesab edilir. Yeni ideya, trend və ya uğurlu tanışlıq sayəsində gözlənilmədən böyük gəlir əldə edə biləcəkləri qeyd olunur.
6, 15 və 24-də doğulanlar
Numerologiyada 6 rəqəmi Venera ilə əlaqələndirilir və gözəllik, rahatlıq, dəbdəbə və zənginliyin simvolu sayılır.
Bu tarixlərdə doğulanların gözəllik sənayesi, moda, zərgərlik, interyer dizaynı, hotelçilik, qida sektoru, əyləncə, tədbirlərin təşkili, daşınmaz əmlak, konsaltinq və lüks məhsullar sahəsində uğurlu biznes qura biləcəkləri bildirilir.
8, 17 və 26-da doğulanlar
Numerologiyaya görə, bu insanlar maliyyə, hüquq, daşınmaz əmlak, tikinti, maşınqayırma, mədən sənayesi, inzibati idarəetmə və iri layihələrdə uğur qazanmaq potensialına malikdirlər. Onların uzunmüddətli planlaşdırma bacarığı və təzyiq altında işləmək qabiliyyəti ilə seçildiyi vurğulanır.
Jalə Demokrat.az


