Dünya Özəl

Daha bir türk aktrisa saxlanıldı

Daha bir türk aktrisa saxlanıldı

Türkiyədə tanınmış aktrisa Bennu Gerede barəsində saxlanılma qərarı icra olunub.

Demokrat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğu aktrisanın iştirak etdiyi televiziya proqramında səsləndirdiyi fikirlərlə bağlı araşdırmaya başlayıb. Prokurorluq "ədəbsizlik" ittihamı ilə öz təşəbbüsü əsasında cinayət işi açaraq onun saxlanılması barədə qərar qəbul edib.

Qərarın icrası çərçivəsində Bennu Gerede bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Jalə Demokrat.az

D
demokrat.az