Sevastopol yaxınlığındakı Xmelnitskoye kəndində hərbçinin törətdiyi silahlı insident nəticəsində 4 nəfər həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Demokrat.az "Vedomosti"yə istinadən xəbər verir ki, hadisə barədə Sevastopolun qubernatoru Mixail Razvojayev açıqlama verib.
Onun sözlərinə əsasən, hərbçi əvvəlcə xidmət etdiyi hərbi hissədə silahdan istifadə edərək əsgər yoldaşlarına atəş açıb. Nəticədə bir hərbçi ölüb, digəri isə yaralanıb.
Bundan sonra silahlı şəxs Xmelnitskoye kəndinə gedərək mülki şəxslərə hücum edib. O, 71 və 59 yaşlı iki kişini, həmçinin 64 yaşlı qadını güllələyərək öldürüb. Daha üç nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən hərbçini saxlayıb. Yaralananların müalicəsi davam etdirilir, faktla bağlı araşdırma aparılır.
Jalə Demokrat.az


