Hadisə

Bakı-Qazax yolunda ağır qəza: Sürücünün həyat yoldaşı öldü

Bakı-Qazax yolunda ağır qəza: Sürücünün həyat yoldaşı öldü

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.azAPA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

"KamAZ" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Svetlana Ocaqverdi qızı İbadova isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az