Dünya

Paşinyan yenidən Baş nazir postuna namizəd seçilib

Paşinyan yenidən Baş nazir postuna namizəd seçilib

"Vətəndaş müqaviləsi" partiyası Nikol Paşinyanın ölkənin Baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi üçün zəruri sənədləri təqdim edib.

Demokrat.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Milli Assambleyada parlament çoxluğunu formalaşdıran siyasi qüvvə kimi "Vətəndaş müqaviləsi" Ermənistan Respublikası Konstitusiyasının 149-cu maddəsini rəhbər tutaraq, Konstitusiyada nəzərdə tutulan təyinat prosedurunun təmin edilməsi məqsədilə Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı zəruri sənədlər paketini ölkə Prezidentinə təqdim edib.

Qeyd edək ki, bu gün Knyaz Həsənovun sədrliyi ilə Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclası başlayıb. Prosedura uyğun olaraq Ermənistan hökuməti istefa verib.

Demokrat.az

D
demokrat.az