Şou-biznes Özəl

Sıla İlker Kaleli ilə sevgisinin necə başladığını danışdı: "İlk görüşə çamadanla getdim"

Sıla İlker Kaleli ilə sevgisinin necə başladığını danışdı: İlk görüşə çamadanla getdim

Türkiyəli müğənni Sıla Gençoğlu, aktyor İlker Kaleli ilə münasibətlərinin necə başladığını ilk dəfə ətraflı şəkildə danışıb.

"Hitmakers" proqramında qonaq olan sənətçi bildirib ki, onların münasibəti COVID-19 pandemiyası dövründə başlayıb. Həmin vaxt müxtəlif şəhərlərdə yaşadıqları üçün təxminən 4–5 ay yalnız mesajlaşaraq və videozəng vasitəsilə əlaqə saxlayıblar.

Sıla deyib ki, ilk dəfə üz-üzə görüşmək qərarına gəldikdə pandemiya məhdudiyyətləri səbəbindən İlker Kalelinin evinə çamadanla yollanıb. O, cümə günü gedəcəyini və bazar ertəsi geri dönəcəyini əvvəlcədən bildiyini qeyd edib.

Müğənni etiraf edib ki, ilk görüş öncəsi həm həyəcanlı, həm də bir qədər narahat olub. Zarafatla dostlarına "Nəsə yolunda getməsə, gəlib məni apararsınız" dediyini söyləyib.

Veriliş zamanı çamadanında nə olduğu ilə bağlı suala cavab verən Sıla, ilk görüş üçün geyim seçiminə xüsusi diqqət yetirdiyini, lakin hər şeyi şişirtmədiyini bildirib.

Təxminən altı ildir birlikdə olan Sıla Gençoğlu və İlker Kaleli şəxsi həyatlarını ictimaiyyətin diqqətindən kənarda saxlamağa üstünlük versələr də, zaman-zaman sosial media hesablarında birlikdə çəkilmiş fotolarını paylaşırlar.

Leyla Demokrat.az

D
demokrat.az