Şou-biznes Özəl

“Kızılcık Şerbeti”ndə daha olmayacaq — FOTO

“Kızılcık Şerbeti”ndə daha olmayacaq — FOTO

Türkiyənin məşhur seriallarından olan “Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq yaşanıb. Dörd mövsüm ərzində Nilay obrazını canlandıran Feyza Civelek-in serialın 5-ci mövsümündə yer almayacağı bildirilib.

Məlumata görə, serialın yaradıcı heyəti aktrisa ilə bağlı qərarını verib və Nilay obrazının hekayəsi tamamlanıb. Feyza Civelek-in ayrılığı bir müddətdir müzakirə mövzusu idi. Aktrisanın qadağan olunmuş maddə testi nəticəsinin müsbət olduğu barədə yayılan xəbərlərdən sonra onun serialdakı gələcəyi diqqət mərkəzinə düşmüşdü.

Jurnalist Birsen Altuntaş-ın məlumatına əsasən, Feyza Civelek yeni mövsümdə “Kızılcık Şerbeti”nin heyətində olmayacaq. Bununla da serialın ilk mövsümündən bəri əsas personajlardan biri olan Nilay obrazının ekran macərası sona çatacaq.

“Kızılcık Şerbeti”ndə daha olmayacaq — FOTO
Leyla Demokrat.az

D
demokrat.az