İnsanlar arasında ünsiyyətdə tez-tez rast gəlinən söz kəsmə davranışıcəmiyyət tərəfindən adətən nəzakətsizlik və ya hörmətsizlik kimi qiymətləndirilir. Ailə daxilində, dost çevrəsində və ya iş mühitində qarşı tərəfin fikrini tamamlamasını gözləmədən sözə qoşulan insanlar çox vaxt kobud davranmaqda ittiham olunurlar. Lakin psixoloji və nevroloji araşdırmalar göstərir ki, bu davranışın arxasında düşünüldüyündən daha mürəkkəb zehni mexanizmlər dayanır.
Ünsiyyət zamanı insan beyni sadəcə passiv şəkildə dinləmir. Əksinə, qarşı tərəfin nə deyəcəyini əvvəlcədən təxmin edir və cavabını hələ o danışığını bitirməmiş hazırlamağa başlayır. Elmi tədqiqatlar göstərir ki, beynin bu sürətli proqnozlaşdırma qabiliyyəti söhbətin axıcı və fasiləsiz davam etməsinə kömək edir. Ancaq bəzi insanlarda bu zehni sürət cavab vermək istəyini vaxtında cilovlamağı çətinləşdirir və onlar istəmədən qarşı tərəfin sözünü kəsə bilirlər.
Bu prosesdə beynininhibitor nəzarət(ing.inhibitory control) adlanan funksiyası mühüm rol oynayır. Bu mexanizm avtomatik reaksiyaları ləngitməyə və impulsları idarə etməyə kömək edir. Söhbət xüsusilə maraqlı və ya həyəcanlı olduqda, bəzi insanlar danışmaq istəyini saxlamaqda çətinlik çəkirlər. Mütəxəssislərin fikrincə, insanların əksəriyyəti qarşı tərəfin sözünü hörmətsizlik etmək məqsədilə deyil, yaranan güclü danışmaq istəyini cilovlaya bilmədikləri üçün kəsirlər.
Eyni zamanda, başqasının cümləsini tamamlama meyli də dil psixologiyasında geniş yayılmış bir hadisə hesab olunur. Beynin qarşı tərəfin deyəcəyi sözləri əvvəlcədən təxmin etməsi ünsiyyəti sürətləndirsə də, bu xüsusiyyət səbirsizliklə birləşdikdə insanın söhbətə vaxtından əvvəl müdaxilə etməsinə səbəb ola bilər. Buna görə də, söz kəsmək hər zaman tərbiyəsizlik və ya nəzakətsizlik əlaməti deyil; bəzən bu, sadəcə beynin ünsiyyətin sürətinə uyğunlaşmağa çalışmasının nəticəsidir.
Leyla Demokrat.az


