Maraqlı Özəl

Bu aylarda doğulan insanların həyatı 60 yaşdan sonra tamamilə dəyişəcək

Bu aylarda doğulan insanların həyatı 60 yaşdan sonra tamamilə dəyişəcək

Astrologiyaya görə, doğum ayı insanın xarakterinə və həyatının müxtəlif mərhələlərinə təsir göstərə bilər. Astroloqlar hesab edirlər ki, yanvar, mart, iyun və avqust aylarında doğulan insanlar üçün 60 yaşdan sonrakı dövr yeni başlanğıclar və şəxsi inkişaf mərhələsi ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Parade" yazıb.

Astroloqların fikrincə, sözügedən aylarda doğulanlar təqaüd yaşını aktiv həyatın sonu deyil, özünü yenidən kəşf etmək, yeni bacarıqlar qazanmaq və uzun illər təxirə saldıqları arzuları həyata keçirmək üçün fürsət kimi qiymətləndirə bilərlər.

Yanvar

Astrologların fikrincə, yanvarda doğulanlar illərlə iş həyatının qaydalarına və məsuliyyətlərinə uyğun yaşadıqdan sonra daha sərbəst həyat tərzinə üstünlük verə bilərlər. Bu dövrdə onların yaradıcı tərəflərinin üzə çıxacağı və yeni maraq dairələri formalaşdıracaqları iddia edilir.

Mart

Mart ayında doğulanların uzun müddət təxirə saldıqları arzularını məhz təqaüd dövründə gerçəkləşdirməyə çalışacaqları bildirilir. Astrologlar hesab edirlər ki, bu insanlar yeni hobbilər qazana, fərqli fəaliyyət sahələrini sınaya və həyatlarına yeni məqsədlər əlavə edə bilərlər.

İyun

İyunda doğulanların başqalarının fikirlərindən daha az asılı olacağı və özlərini daha rahat hiss edəcəkləri qeyd olunur. Astroloqların fikrincə, bu mərhələ onların özünəinamını artıracaq, daxili azadlıq hissini gücləndirəcək.

Avqust

Avqust ayında doğulanların isə illərlə yüksək nəticələr əldə etmək və mükəmməlliyə can atmaq istəyindən uzaqlaşaraq daha rahat həyat tərzinə keçəcəkləri iddia olunur. Onların yeni fəaliyyətlərə açıq olacağı, səhv etməkdən çəkinməyəcəyi və həyatdan daha çox zövq alacağı vurğulanır.

Mütəxəssislər xatırladırlar ki, astrologiya elmi metodlarla təsdiqlənmiş sahə deyil. Bu səbəbdən bu cür proqnozlar yalnız əyləncə məqsədli şərhlər kimi qiymətləndirilməli, həyati qərarlar isə etibarlı məlumatlar və peşəkar məsləhətlər əsasında verilməlidir.

Jalə Demokrat.az

D
demokrat.az