Dünya

Tramp: ABŞ Ukraynaya "Patriot" raketlərinin istehsal texnologiyalarını verməyə hələ razılaşmayıb

Tramp: ABŞ Ukraynaya Patriot raketlərinin istehsal texnologiyalarını verməyə hələ razılaşmayıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatlarına baxmayaraq, Vaşinqton Kiyevə "Patriot" sistemləri üçün ABŞ raketlərinin istehsal lisenziyasının verilməsi barədə hələ qərar qəbul etməyib.

Demokrat.az "MS NOW"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

"Biz hələ ki, buna razılıq verməmişik. Bu məsələni müzakirə edirik, lakin belə texnologiyaları vermək asan deyil", - ABŞ lideri bildirib.

Trampın sözlərinə görə, ABŞ qabaqcıl hərbi texnologiyaları digər dövlətlərə verərkən son dərəcə ehtiyatlı olmalıdır.

"Biz dünyada ən güclü silahlara malikik. O silahların istehsal sirlərini açarkən çox ehtiyatlı olmalıyıq", - o qeyd edib. Tramp əlavə edib ki, belə texnologiyaları əldə edən ölkə "nə vaxtsa sizə qarşı çıxa bilər".

Demokrat.az

D
demokrat.az