Türkiyənin ATV kanalında yeni mövsümdə yayımlanacaq "Güneşin Doğduğu Yer" serialının aktyor heyətinə yeni sima daxil olub.
Demokrat.az xəbər verir ki, son olaraq "Geleceğe Mektuplar" serialındakı rolu ilə diqqət çəkən Çağıl Aydıner layihədə "Suzi" obrazını canlandıracaq.
"Tims&B" istehsalı olan serialın baş rolunu Burak Özçivit ifa edir. Layihədə həmçinin Sibel Taşçıoğlu, Görkəm Sevindik və Devrim Yakut da rol alırlar.
Çəkilişlərə İstanbulda start verilib. Məlumata görə, serialın çəkilişləri sentyabrın 15-dən etibarən Adanada davam etdiriləcək. Ekran əsərinin ssenarisi Yıldız Tunça məxsusdur, rejissorları isə Çağrı Lostuvalı və Çiğdem Bozalıdır.
"Güneşin Doğduğu Yer" Kenan və Tina adlı personajların hekayəsindən bəhs edir. Serialın bir hissəsi vaxtilə "Bir Zamanlar Çukurova" serialının çəkildiyi malikanədə lentə alınacaq. Layihə Adananın sosial həyatı və bölgəyə xas ailə münasibətlərini tamaşaçılara təqdim edəcək.
Çağıl Aydıner serialda Beyza Gümülcinəlinin canlandırdığı Leyla obrazının bacısı Suzi rolunda çıxış edəcək. Çəkilişlərin avqustun sonunda başlaması planlaşdırılır.
1999-cu ildə anadan olan Çağıl Aydınerin doğulduğu yerin Moskva olduğu bildirilir. O, "Boston University Conservatory"nin aktyorluq fakültəsini bitirib. Aktrisa daha əvvəl "Kuruluş Osman" və "Geleceğe Mektuplar" seriallarında da rol alıb.
Jalə Demokrat.az


