On minlərlə mərakeşli ərəb İspaniyanın nəzarətində olan Seuta liman şəhərinə soxulub.
Demokrat.az xəbər verir ki, çoxsaylı insan kütləsi Şimali Afrikanın İspaniya sahillərinə yaxın yerləşən, Mərakeş torpaqlarında, amma İspaniyanın nəzarətində olan Seuta şəhərinə daxil olub.
Məlumata görə, ərəblər qurudan sərhəd tellərini, su hissədən isə sahil mühafizəni qayıqlarla aşaraq şəhərə çıxıblar.

Hazırda İspaniya hökuməti bölgəyə əlavə qüvvələr göndərmək məsələsini müzakirə edir..
Qeyd edək ki, Seuta şəhəri Mərakeş torpaqlarında, Aralıq dənizinin Atlantik okeanınaçıxışındakı Cəbəllütarix boğazının strateji cənub sahilində yerləşir və İspaniyanın koloniyasıdır. İspaniyanın öz ərazisindəki Qibraltar (Cəbəllütarix) limanı isə Britaniyanın nəzarətindədir.
Analitiklərin fikrincə, əgər miqrant selinin qarşısı alınmasa, İspaniya bölgədən çəkilmək məcburiyyətində qalacaq.
Alparslan Demokrat.az


