Astroloqların fikrincə, 2026-cı ilin iyul ayının sonu bəzi insanlar üçün daxili yenilənmə və həyatlarında yeni mərhələnin başlanğıcı ola bilər. Onların qənaətinə görə, xüsusilə iki doğum ayında dünyaya gələnlər "qara zolaq" adlandırılan çətin dövrdən çıxmaq şansı əldə edəcəklər.
Demokrat.az xəbər verir ki, bu barədə "Parade" jurnalı yazıb.
Nəşr qeyd edir ki, astrologiya doğum ayının insanın xarakterinə və həyatındakı dönüş nöqtələrinə təsir göstərdiyini iddia etsə də, bu yanaşmalar elmi cəhətdən sübuta yetirilməyib və əyləncə xarakteri daşıyır.
Avqustda doğulanlar
Astroloqlar hesab edirlər ki, avqust ayında doğulan insanlar son dövrlərdə emosional sınaqlarla üzləşiblər. Onlara yaxın gələcəkdə həyatlarında artıq əhəmiyyətini itirmiş münasibətləri, vərdişləri və ya vəziyyətləri geridə qoymaq tövsiyə olunur.
İddia olunur ki, intuisiya bu dövrdə onlar üçün mühüm rol oynayacaq və yeni imkanlara yol açmaq üçün köhnə yükdən xilas olmağa kömək edəcək.
Oktyabrda doğulanlar
Proqnoza görə, oktyabrda doğulanlar da çətin bir mərhələni başa vurmağa yaxındırlar. İyul ayı onlar üçün ciddi düşüncələr və emosional sınaqlarla yadda qalmış ola bilər.
Astroloqlar bildirirlər ki, bu insanlar dəyişdirə bilmədikləri vəziyyətləri qəbul etməli, artıq həyatlarında yeri qalmayan məsələləri buraxmalı və öz dəyərlərinə uyğun qərarlar verməlidirlər. Onların fikrincə, bu yanaşma avqust ayından etibarən daha uğurlu və sabit bir dövrün başlanmasına şərait yarada bilər.
Jalə Demokrat.az


