Siyasət

EAPCA ABŞ Konqresinin qəbul etdiyi qanun layihəsi ilə bağlı bəyanat yaydı

EAPCA ABŞ Konqresinin qəbul etdiyi qanun layihəsi ilə bağlı bəyanat yaydı

Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən 22 iyul 2026-cı il tarixində qəbul edilmiş H.R. 9087 saylı qanun layihəsi ilə bağlı bəyanat yayıb.

EAPCA-nın Baş katibi Sahil Qasımovun imzaladığı bəyanatda qeyd olunur ki, Şura ABŞ Konqresinin qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsini narahatlıqla qarşılayır və bu sənədin Cənubi Qafqazda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət etmədiyini bəyan edir.

EAPCA ABŞ Konqresinin qəbul etdiyi qanun layihəsi ilə bağlı bəyanat yaydı

Bəyanatda vurğulanır ki, EAPCA sözügedən qanun layihəsinin regionda mövcud reallıqları və beynəlxalq hüququn fundamental prinsiplərini tam əks etdirmədiyini, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı hüquqi və siyasi həqiqətləri birtərəfli yanaşma ilə qiymətləndirdiyini hesab edir.

Sənəddə bildirilir ki, qanun layihəsi obyektivlik, beynəlxalq hüquq normaları və ədalətli yanaşma prinsiplərindən uzaq mövqe nümayiş etdirir, regionda baş verən proseslərə selektiv və siyasi maraqlar prizmasından yanaşır.

Bəyanatda qeyd olunur ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini təmin edib, eyni zamanda bölgədə davamlı sülhün və əməkdaşlığın qurulması istiqamətində ardıcıl addımlar atıb.

EAPCA hesab edir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycana münasibətdə ikili standartlar tətbiq etməsi anlaşılmaz olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə də ziddir. Şuranın fikrincə, belə bir dövrdə qəbul edilən qərəzli qanun layihəsi regiondakı revanşist qüvvələri daha da ruhlandıra bilər.

Bəyanatda EAPCA H.R. 9087 saylı qanun layihəsini qətiyyətlə pislədiyini bildirir, bu haqsız yanaşmaya son qoyulmasını tələb edir və beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda formalaşmış yeni reallıqları qəbul etməyə çağırır.

Sonda vurğulanır ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası bu coğrafiyada yaşayan azərbaycanlıların səsini ifadə edir və Azərbaycanın haqlı mövqeyini bundan sonra da qətiyyətlə müdafiə edəcəyini bəyan edir.

EAPCA ABŞ Konqresinin qəbul etdiyi qanun layihəsi ilə bağlı bəyanat yaydı

Demokrat.az

D
demokrat.az