Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Rusiyanı qoruyub saxlamaq yalnız xüsusi hərbi əməliyyatda qələbə qazanmaqla mümkündür. Demokrat.az-ın məlumatına görə, o, bu fikirləri "Mənalar ərazisi" (Territoriya smıslov) Ümumrusiya Gənclər Təhsil Forumunda çıxış edərkən səsləndirib. Medvedev qeyd edib ki, bu gün müxtəlif siyasi qüvvələr və partiyalar "ümumi bir vəzifəni – ölkəmizi qoruyub saxlamaq vəzifəsini" bölüşürlər.
"Ölkəmizi necə xilas edə bilərik? Ölkəmizi xilas etməyin yalnız bir yolu var: xüsusi hərbi əməliyyatda (Ukraynaya qarşı müharibə) qələbə çalmaq", – deyə keçmiş Rusiya prezidenti bildirib. Qeyd edirik ki, Rusiyanın Ukraynaya müdaxiləsi beş ildir davam edən uzunmüddətli müharibəyə səbəb olub. Hər iki tərəfdən yüz minlərlə vətəndaş həyatını itirib, hər iki ölkədə kritik infrastruktur, hərbi və mülki obyektlər ciddi ziyan görüb.
Alparslan Demokrat.az


