Dünya Özəl

ABŞ-də qorxulu zəlzələ həyəcanı: Yeraltı təkanların sirri açıldı

ABŞ-də qorxulu zəlzələ həyəcanı: Yeraltı təkanların sirri açıldı

ABŞ-nin Ohayo ştatında baş verən 3,9 bal gücündə yeraltı təkanlar sakinlər arasında ciddi narahatlıq yaradıb. İlk anda zəlzələ hesab edilən hadisənin sonradan idarəolunan sınaq partlayışı nəticəsində baş verdiyi bildirilib.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ Geoloji Xidməti tərəfindən qeydə alınıb. İlkin məlumata görə, yeraltı təkanlar yer səthinə yaxın ərazidə həyata keçirilən idarəolunan partlayışdan qaynaqlanıb.

Bildirilir ki, oxşar hadisə iyulun 16-da da yaşanıb. Beləliklə, son iki həftə ərzində eyni ərazidə ikinci dəfə belə hal qeydə alınıb. Lakin partlayışın hansı qurum tərəfindən və hansı məqsədlə həyata keçirildiyi barədə rəsmi açıqlama verilməyib.

Xarici mətbuatın yazdığına görə, hadisə ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Bəzi mütəxəssislər belə partlayışların yer qabığındakı qırılma xətlərinə təsir göstərə biləcəyini istisna etmirlər. Bununla yanaşı, belə partlayışların zəlzələyə səbəb olduğuna dair elmi cəhətdən təsdiqlənmiş fakt yoxdur.

Hadisədən sonra Ohayo sakinlərinin bir qismi sosial şəbəkələrdə narahatlıqlarını ifadə edərək, aidiyyəti qurumlardan məsələ ilə bağlı daha ətraflı və açıq məlumat verilməsini istəyib.

Jalə Demokrat.az

D
demokrat.az