Türkiyənin məşhur seriallarından biri olan “Sihirli Annem”də Buket obrazı ilə tanınan Şara Türsel illər sonra yenidən gündəmə gəlib.
Uşaqlıq illərində ekranlara çıxan və sevilən obrazlardan birinə çevrilən Şara Türselin illər ərzindəki dəyişimi sosial mediada böyük maraqla qarşılanıb. Keçmiş aktrisanın hazırda ABŞ-da yaşadığı və fərqli həyat tərzi qurduğu məlum olub.
“Sihirli Annem” serialında Çiyələyin yaxın rəfiqəsi Buketi canlandıran Türsel dairəvi eynəkləri, rəngli saç aksesuarları və sevimli xarakteri ilə tamaşaçıların yaddaşında qalıb. Onun canlandırdığı Buket obrazı xüsusilə uşaq tamaşaçıların sevdiyi personajlardan biri olub.
Uşaqlıqda qazandığı şöhrətə baxmayaraq, Şara Türsel aktyorluq karyerasını davam etdirməyib. Təhsilinə üstünlük verən Türsel Radio, Televiziya və Kino ixtisasını bitirib, daha sonra televiziya sahəsində kamera arxası işlərə yönəlib.
Sənətlə əlaqəsini davam etdirən keçmiş aktrisa bir müddət “Benimle Söyle” adlı musiqi yarışmasında da iştirak edib. Yarışmada göstərdiyi performansla diqqət çəkən Türsel musiqiyə olan marağını da nümayiş etdirib.
Şara Türselin həyatındakı ən böyük dəyişiklik isə ABŞ-a köçməsi olub. Kaliforniyanın San Dieqo şəhərində məskunlaşan Türsel burada ailə qurub. Hazırda ekranlardan uzaq, sakit həyat yaşayan keçmiş aktrisa sosial media hesabında
Amerikadakı gündəlik həyatı və səyahətləri ilə bağlı paylaşımlar edir.


Leyla Demokrat.az


