Şəmsi Səmədzadə Gürcüstanda ağır avtomobil qəzası keçirib.
Demokrat.azxəbər verir ki, Ajans.az-ın əldə etdiyi fotolardan görünür ki,qəzanəticəsində avtomobilə ciddi ziyan dəyib. Kadrlarda nəqliyyat vasitəsinin ön hissəsinin tamamilə yararsız vəziyyətə düşdüyü, eləcə də avtomobilin yol kənarındakı kolluq əraziyə düşdüyü görünür. Fotolardan birindəŞəmsi Səmədzadəninhadisəyerində olduğu da əks olunub.
Xatırladaq ki, məlumata görə,Şəmsi Səmədzadəhaqqında yayılan “mal-qara oğurluğuna görə həbs edilməsi” iddialarını təkzib edib. Onun sözlərinə görə, saxlanılma yol-nəqliyyathadisəsindən sonra yaranmış anlaşılmazlıqla bağlı olub.
Şəmsi Səmədzadəartıq 10 gündür Azərbaycandadır. O, ölkədə biznes fəaliyyətini yenidən davam etdirəcəyini bildirib.
Demokrat.az


