Keçmiş Türkiyə milli basketbolçusu İbrahim Kutluayın oğlu Ömər Kutluay üçün ödədiyi aylıq 59 min 442 lirə məbləğində iştirak alimentinin ləğvi tələbi ilə keçmiş həyat yoldaşı Demet Şenerə qarşı açdığı məhkəmə işi başa çatıb.
Demokrat.az xəıbər verir ki, təxminən iki il davam edən prosesdə Kutluay iddiasından imtina edib.
"Hürriyet"in jurnalisti Özge Eğrikarın məlumatına görə, İbrahim Kutluay 2024-cü ildə İstanbul Ailə Məhkəməsinə müraciət edərək oğlunun "Real Madrid" klubunun akademiyasına keçdiyini, təhsil və yaşayış xərclərinin klub tərəfindən qarşılandığını, həmçinin maddi şəraitin dəyişdiyini əsas gətirmişdi.
Bu səbəbdən o, iştirak alimentinin tamamilə ləğv edilməsini, bunun mümkün olmadığı halda isə məbləğinin azaldılmasını tələb etmişdi.
Lakin Kutluay sonradan məhkəməyə təqdim etdiyi ərizə ilə iddiasından rəsmi şəkildə imtina edib. Bunun əsasında İstanbul Ailə Məhkəməsi iddianın imtina səbəbindən rədd edilməsinə qərar verib.
Beləliklə, tərəflər arasında alimentin ləğvi ilə bağlı məhkəmə işi mahiyyəti üzrə araşdırılmadan başa çatıb.


