Dünya

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

ABŞ Prezidenti Donald Tramp təxminən iki həftə davam edən gündəlik hücumlardan sonra Amerika hərbçilərinə İrana qarşı zərbələri dayandırmaq əmri verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Qərar Oman nümayəndələrinin Tehranda danışıqlar apardığı bir vaxtda qəbul edilib və məlumatlara görə, Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı mümkün razılaşmanın əldə olunması istiqamətində "müəyyən irəliləyişlər" əldə olunub.

ABŞ və İsrail İrana qarşı əməliyyata fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranın Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozduğunu iddia edərək İrana genişmiqyaslı zərbələri bərpa edib.(Report)

Demokrat.az

D
demokrat.az