Astroloqların proqnozuna görə, 27 iyul – 2 avqust 2026-cı il tarixlərini əhatə edən həftə üç bürc nümayəndəsi üçün xüsusilə uğurlu keçə bilər.
Demokrat.az xəbər verir ki, bu dövrdə mühüm imkanların yaranacağı və cəsarətli qərarların uzunmüddətli hədəflərə yaxınlaşmağa kömək edəcəyi bildirilir.
Məlumata görə, həftənin əsas astroloji hadisələrindən biri iyulun 29-da Günəşlə Yupiterin Şir bürcündə qovuşması olacaq. Astroloqlar bu aspekti ilin ən uğurlu dövrlərindən biri hesab edir. Həmçinin Dolça bürcündə baş verəcək dolunayın yarımçıq qalmış işlərin tamamlanmasına və əvvəlki səylərin nəticələrinin görünməsinə şərait yaradacağı qeyd olunur.
Oxatan
Astroloqların fikrincə, Oxatan bürcü nümayəndələri üçün son dövrlərin ən uğurlu mərhələlərindən biri başlayır. Onların uzun müddətdir arzuladıqları addımı atmaq və köhnə məhdudiyyətləri geridə qoymaq imkanı yarana bilər.
Günəş və Yupiterin qovuşmasının iş, şəxsi həyat və yeni tanışlıqlar sahəsində əlverişli imkanlar yaradacağı bildirilir. Həftə həmçinin romantik münasibətlər və səyahətlər üçün də uğurlu hesab olunur.
Əkizlər
Əkizlər üçün bu həftənin uzunmüddətli arzuların reallaşmasına yaxınlaşdıracağı proqnozlaşdırılır. İyulun 29-da Dolça bürcündə baş verəcək dolunayın fevral ayında başlayan hadisələr silsiləsini tamamlayacağı və əvvəlki zəhmətin bəhrəsini görmək imkanı yaradacağı qeyd edilir.
Astroloqlar hesab edirlər ki, Şimal Ay Düyününün təsiri yeni perspektivlərin açılmasına və həyatın gedişini müsbət istiqamətdə dəyişə biləcək qərarların qəbuluna kömək edə bilər.
Oğlaq
Proqnoza görə, Oğlaq bürcü nümayəndələri bu həftə yalnız məntiqə deyil, daxili hisslərinə də güvənməli olacaqlar. Məhz intuisiya onların mühüm qərarlar qəbul etməsinə kömək edə bilər.
Avqustun 1-də Lilit ilə Venera arasında formalaşacaq astroloji vəziyyətin Oğlaqları mühüm dəyişikliklərə sövq edəcəyi bildirilir. Gözlənilməz ideyalar və cəsarətli addımlar yeni imkanların, maliyyə rifahının və şəxsi uğurların başlanğıcı kimi qiymətləndirilir. Astroloqların fikrincə, dəyişikliklərə açıq olmaq bu bürc nümayəndələrinin qarşısında daha geniş perspektivlər aça bilər.
Jalə Demokrat.az


