Kriminal Özəl

Arvadına xəsarət yetirən şəxs azadlıqda qaldı

Arvadına xəsarət yetirən şəxs azadlıqda qaldı

Bakının Sabunçu rayonunda ailə münaqişəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Beyləqan rayon sakini, 1982-ci il təvəllüdlü Kərim ailə münaqişəsi zəminində həyat yoldaşı Naidə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Kərim birgə yaşadıqları mənzilin qonaq otağında qeyri-rəsmi nikahda yaşadığı Naidə ilə qısqanclıq və şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dava edib.

Bu zaman o, qəzəblənərək həyat yoldaşının sifət nahiyəsinə yumruq vurub və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Kərim barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə iclasında ifadə verən Kərim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxslə barışdığını bildirib.

Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışması əsas götürülərək Kərim barəsində aparılan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

D
demokrat.az