Region Özəl

Ermənistanda yeni seçilən deputatın toxunulmazlığı ləğv olundu

Ermənistanda yeni seçilən deputatın toxunulmazlığı ləğv olundu

Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğun müraciətini təmin edib. Müxalif "Güclü Ermənistan" partiyasının aparıcı şəxslərindən Narek Karapetyanın deputat toxunulmazlığı götürülüb.

Baş prokurorun müşaviri Lusine Martirosyan qərarla bağlı məlumat paylaşıb. Qurum Karapetyan barəsində cinayət işinin açılması üçün komissiyaya rəsmi müraciət göndərib. Baş Prokurorluq həmçinin siyasətçinin həbs edilməsini tələb edir.

Qeyd edək ki, Narek Karapetyan mandatını iyulun 21-də əldə etmişdi. O, hazırda ev dustaqlığında saxlanılan "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın qardaşı oğludur.

Beləliklə, cəmi bir gün əvvəl mandat alan müxalifətçi deputat toxunulmazlığını itirərək həbs olunmaq təhlükəsi ilə üz-üzə qalıb.

Demokrat.az

D
demokrat.az