Dünya Özəl

Daxili İşlər Naziri: "Qarabağdan könüllü çıxmış 40 min nəfər erməni Ermənistan vətəndaşlığı alıb"

Daxili İşlər Naziri: Qarabağdan könüllü çıxmış 40 min nəfər erməni Ermənistan vətəndaşlığı alıb

Ermənistan Respublikasının daxili işlər naziri Arpine Sarkisyan bildirib ki, Dağlıq Qarabağdan köçmüş təxminən 40 min nəfər artıq Ermənistan vətəndaşlığı alıb.

Demokrat.az xəbər verir ki, onun sözlərinə görə, bu statistikaya azyaşlılar da daxildir.

O qeyd edib ki, Qarabağdan könüllü olaraq çıxmış ermənilərin ümumi sayı təxminən 100 min nəfərdir.

"Baxılan müraciətləri nəzərə alsaq, vətəndaşlıq almış və ya müraciət etmiş şəxslərin nisbəti ümumi köçkün əhalinin 50%-nə yaxınlaşır", deyə Sarkisyan bildirib.

Arpine Sarkisyan deyib ki, həmin şəxslər özlərinə Ermənistanda yaxşı gün-güzəran qurmağı arzulayırlar.

"İki il yarımlıq müddəti nəzərə alaraq, mən bunu əhəmiyyətli göstərici hesab edirəm ki, Qarabağı könüllü tərk etmiş erməni əhalinin hamısı Ermənistan Respublikası vətəndaşlığını almaq və Ermənistanda yaxşı perspektivləri olan dolğun gələcək qurmaq niyyətindədir", - deyə daxili işlər naziri vurğulayıb.

Xatırladırıq ki, 2023-cü ildə Azərbaycan təhlükəsizlik qüvvələrinin Qarabağın dağlıq hissəsində keçirdiyi lokal antiterror əməliyyatlarından sonra burada yaşayan və separatçılıq əməlləri etmiş ermənilər könüllü olaraq Ermənistana keçmişdilər.

Alparslan Demokrat.az

D
demokrat.az