Türkiyəli məşhur aktrisa Eda Ece Muğlanın Bodrum rayonunda gözlənilməz hadisə ilə üzləşib. Aktrisa motosikletlə hərəkətdə olarkən itin hücumuna məruz qalaraq yaralanıb.
Demokrat.az xəbər verir ki,hadisə Bodrumda baş verib. İtin hücumu nəticəsində Eda Ecenin ayağının daban hissəsində xəsarət yaranıb.
Ətrafdakıların məlumat verməsi ilə xəstəxanaya aparılan aktrisa Bodrum Dövlət Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən ilkin tibbi müdaxilə göstərilən Ece-nin səhhətinin yaxşı olduğu bildirilib.
Müalicədən sonra aktrisanın vəziyyətində ciddi narahatlıq olmadığı və sağlamlıq durumunun qənaətbəxş olduğu açıqlanıb.
Leyla Demokrat.az


