Xarici siyasət

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başa çatıb — YENİLƏNİB

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başa çatıb — YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başa çatıb.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

*** 11:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.

Demokrat.az xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.

Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb. Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.

Demokrat.az

D
demokrat.az