Dünya

Məşhur şirkətin Bəhreyndəki data-mərkəzi vuruldu

Məşhur şirkətin Bəhreyndəki data-mərkəzi vuruldu

İran ABŞ-nin Darhoveyn Atom Elektrik Stansiyasına (AES) endirdiyi zərbəyə cavab olaraq “Amazon” şirkətinin Bəhreyndə yerləşən data-mərkəzinə hücum edib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Mətbuat xidməti məlumat yayıb.

“ABŞ ordusunun dünən Darhoveyndəki tikinti obyektlərinə və mülki infrastruktura hücumuna cavab olaraq, ABŞ-nin “Amazon” şirkətinin Bəhreyndə yerləşən data-mərkəzinin infrastrukturuna bir neçə qanadlı raketlə zərbə endirdik və onu məhv etdik”, - bəyanatda deyilir.

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatı (İAET) ötən gün, iyulun 19-da tikilməkdə olan “Darhoveyn” AES-in ABŞ Silahlı Qüvvələri tərəfindən zərbələrə məruz qaldığını açıqlamışdı.

Demokrat.az

D
demokrat.az