Sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Kliniki Tibbi Mərkəzdə (KTM) PVC borulardan hazırlanmış xərəkdən istifadə edildiyini əks etdirən görüntülər yayılıb.
Demokrat.az-a məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat nümayəndəsi Ruzbeh Məmməd açıqlama verib.
Bildirilib ki, sözügedən təkərli xərək (katalka) Mərkəzin Radiologiya şöbəsində maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi zamanı xəstələrin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi olaraq plastik borulardan hazırlanıb.
Qeyd olunub ki, MRT müayinələri zamanı güclü maqnit sahəsinə görə metaldan hazırlanmış avadanlıqlardan istifadə edilmir. Bu səbəbdən xəstələrin müayinə aparatına təhlükəsiz şəkildə yerləşdirilməsi üçün maqnit sahəsinə reaksiya verməyən xüsusi katalkalardan istifadə olunur.
KTM-dən vurğulanıb ki, bu tip həllər dünya praktikasında da tətbiq edilir və aşağı büdcəli, eyni zamanda səmərəli alternativlərdən biri hesab olunur.


