Dünya

Təcavüzdə ittiham olunan fenomenlər ABŞ-də saxlanılıb

Təcavüzdə ittiham olunan fenomenlər ABŞ-də saxlanılıb

Sosial media fenomenləri Endryu və Tristan Teyt ABŞ-nin Florida ştatında saxlanılıblar.

Demokrat.azxəbər verir ki, CBS News-un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, qardaşlar Böyük Britaniya ilə ABŞ arasında qüvvədə olan ekstradisiya sazişi və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çərçivəsində Mayamidə nəzarətə götürülüblər.

Nazirliyin federal hüquq-mühafizə qurumunun sözçüsü Bredi Makkarronisə "Associated Press"ə açıqlamasında saxlanılma ilə bağlı orderin məxfi olduğunu deyib. O, ittihamlarla bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, Böyük Britaniyada 39 yaşlı Endryu Teyt 7 təcavüz, insan alveri, qəsdən xəsarət yetirmə və uşaq istismarı görüntüləri ilə bağlı çoxsaylı ittihamlarla üz-üzədir.

38 yaşlı Tristan Teyt isə cinsi zorakılıq, iki təcavüz və insan alveri ilə əlaqədar ittiham olunur.

Həm ABŞ, həm də Böyük Britaniya vətəndaşlığına malik olan Teyt qardaşları 2016-cı ildə Rumıniyaya köçüblər. Onlar 2022-ci ildə insan alveri ilə bağlı aparılan istintaq çərçivəsində bu ölkədə də saxlanılıblar.

Demokrat.az

D
demokrat.az