Hadisə

Naxçıvanda qəza: Ölən və yaralananlar var

Naxçıvanda qəza: Ölən və yaralananlar var

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az "Report"a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Yeni Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 2010-cu il təvəllüdlü Mirməhərrəm Afət oğlu Seyidov hadisə yerində həyatını itirib.

Qəza zamanı 1998-ci il təvəllüdlü Gülşən Məmmədbağır qızı Məmmədova, 2009-cu il təvəllüdlü Aytac Əli qızı Seyidova, 1959-cu il təvəllüdlü Telli Alı qızı Quluzadə, 1981-ci il təvəllüdlü Rüqəyyə Bağır qızı Seyidova və 2023-cü il təvəllüdlü Araz Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Naxçıvanda qəza: Ölən və yaralananlar var
Naxçıvanda qəza: Ölən və yaralananlar var
Demokrat.az

D
demokrat.az