Dünya

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb — 19 nəfər xəsarət alıb

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb — 19 nəfər xəsarət alıb

Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda tələbələri daşıyan avtobusla minik avtomobili toqquşub.

Bu barədə Demokrat.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində 17 tələbə və daha 2 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, polis və jandarm əməkdaşları göndərilib. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az