Türkiyənin məşhur istirahət bölgələrindən biri olan Muğlanın Milas rayonunda baş verən meşə yanğını ciddi fəsadlara səbəb olub. Güclü küləyin təsiri ilə sürətlə yayılan alov Kazıklı Köy ərazisində yerləşən lüks yaşayış kompleksinə çataraq bir sıra villalara ziyan vurub.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində aktyor Çağatay Ulusoy, Yasemin Ergene və futbolçu Lukas Torreira məxsus evlər də ciddi zərər görüb. Alov sonradan nəzarət altına alınsa da, villalarda böyük maddi itki qeydə alınıb.
Yanğın bölgədə yaşayan sakinlər və turistlər arasında böyük təşviş yaradıb. Təhlükəsizlik məqsədilə təxminən 1000 nəfər ərazidən təxliyə edilib. Kazıklı Köy yanğından ən çox zərər çəkən yaşayış məntəqələrindən biri olub. Yanğının söndürülməsi üçün havadan və qurudan genişmiqyaslı əməliyyat həyata keçirilib.




