Numerologiyaya görə, bəzi doğum tarixləri maddi rifah və maliyyə uğuru ilə əlaqələndirilir.
Demokrat.az xəbər verir ki, bu barədə “Parade” nəşri yazır.
Numeroloqlar hesab edirlər ki, aşağıdakı dörd tarixdə doğulan insanlar pul qazanmaq və sərvət toplamaq baxımından daha uğurlu ola bilərlər.
4-də doğulanlar: çalışqan və məqsədyönlü
Numerologiyada 4 rəqəmi zəhmətkeşlik, intizam və əzmkarlıqla əlaqələndirilir. Bu tarixdə doğulan insanların maddi sabitlik yaratmaq üçün yorulmadan çalışdıqları bildirilir.
Onların yüksək gəlir əldə etmək naminə müxtəlif işlərə açıq olduqları, qənaət etməyi bacardıqları və maliyyələrini səmərəli şəkildə idarə etdikləri iddia edilir. Numeroloqların fikrincə, onlar sərvətlərini nümayiş etdirməkdənsə, qorumağa üstünlük verirlər.
8-də doğulanlar: maliyyə uğurunun ustaları
8 rəqəmi numerologiyada maliyyə gücü və idarəetmə bacarığı ilə əlaqələndirilir. Bu tarixdə doğulan insanların gəlir gətirəcək qərarları intuitiv şəkildə seçə bildikləri qeyd olunur.
Onların uğurlu karyera seçməyə, sərfəli investisiya imkanlarını müəyyənləşdirməyə və düzgün biznes tərəfdaşları seçməyə meyilli olduqları bildirilir.
17-də doğulanlar: maliyyə müstəqilliyinə can atanlar
Numeroloqların fikrincə, 17 rəqəmi 1, 7 və 8 rəqəmlərinin xüsusiyyətlərini özündə birləşdirir.
İddia olunur ki, bu tarixdə doğulan insanlar təşəbbüskar olur, yeni imkanları dəyərləndirməkdən çəkinmir və sahibkarlıq sahəsində uğur qazanmaq potensialına malikdirlər. Güclü intuisiya və qətiyyət sayəsində uzunmüddətli maliyyə uğuru əldə edə bildikləri qeyd edilir.
18-də doğulanlar: güclü, lakin təvazökar
18-də doğulan insanlar numerologiyada cəsarət, iradə və özünənəzarət xüsusiyyətləri ilə əlaqələndirilir.
Bu tarixdə doğulanların çətinliklər qarşısında geri çəkilmədikləri, maliyyə məqsədlərinə çatmaq üçün təşəbbüsü öz əllərinə aldıqları iddia olunur. Eyni zamanda, böyük sərvət əldə etsələr belə, təvazökar qaldıqları və imkanlarını başqaları ilə bölüşməyə meyilli olduqları bildirilir.


