Türk aktrisa Dilan Çiçək Dəniz və müğənni Birkan Nasuhoğlu yeni başlayan münasibətlərindən sonra ilk dəfə birlikdə görüntüləniblər.
Demokrat.az xəbər verir ki, Rafael Cemo Çətinlə münasibəti 2025-ci ilin sentyabrında başa çatan Dilan Çiçək Dəniz yeni sevgisini müğənni Birkan Nasuhoğlunda tapıb.
Birkan Nasuhoğlu ötən ilin may ayında Dilan Çiçək Dənizin fotosunu "Qəlbdən qəlbə bir yol var. Sən yanımdasansa, hər gün bayramdır" qeydi ilə paylaşaraq münasibətlərini ictimaiyyətə açıqlamışdı. Lakin cütlük indiyədək birlikdə görüntülənməmişdi. Onların ilk birgə fotosu ötən gün İstanbulun Nişantaşı səmtində yerləşən "City's" ticarət mərkəzində çəkilib.
Əl-ələ mağazaları gəzən Dilan Çiçək Dəniz və Birkan Nasuhoğlu eskalatorda bir-birini öpüşlərə qərq ediblər.
Fotoqrafların birgə şəkil çəkmək xahişini geri çevirməyən cütlük jurnalistlərin suallarını cavablandırarkən, "Tətildən yenicə qayıtmışıq, çox xoşbəxtik", deyə bildirib.
İki məşhurun mətbəx üçün alış-veriş etməsi isə sosial şəbəkələrdə onların artıq eyni evdə yaşayıb-yaşamadığı ilə bağlı müzakirələrə səbəb olub.





