Şou-biznes Özəl

Haluk Leventlə bağlı qərar verildi — Həbs olundu

Haluk Leventlə bağlı qərar verildi — Həbs olundu

Türkiyənin məşhur müğənnisi və "Ahbap" humanitar dərnəyinin təsisçisi Haluk Levent barəsində həbs qətimkan tədbiri seçilib.

Demokrat.az xəbər verir ki, Türkiyə KİV-lərinin məlumatına əsasən, eyni istintaq çərçivəsində vəkil Ece Güner də daxil olmaqla ümumilikdə 14 nəfərin həbsinə qərar verilib.

Məlumata görə, araşdırma "Ahbap" dərnəyinin maliyyə əməliyyatları, ianə vəsaitlərinin istifadəsi və bəzi pul köçürmələri ilə bağlı irəli sürülən iddialar əsasında aparılır. İstintaq orqanları bu istiqamətdə maliyyə sənədlərini və əməliyyatları araşdırır.

Xatırladaq ki, Haluk Levent rəhbərlik etdiyi "Ahbap" dərnəyi vasitəsilə 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərdən sonra geniş yardım kampaniyaları təşkil etmiş, milyonlarla lirə ianə toplayaraq zərərçəkənlərə dəstək göstərmişdi.

İstintaq çərçivəsində Haluk Leventə "Dərnəklər haqqında" qanunun tələblərini pozma, çirkli pulların yuyulması və cinayət təşkilatına üzv olmaq maddələri ilə ittiham irəli sürüldüyü bildirilir.

Jalə

D
demokrat.az